|
|
|
|

Finlandiyanın paytaxtı Helsinkidə tülkü balasının hərəkət zolağına çıxması üzündən metropolitendə hərəkət bir müddətə dayandırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay dünən səhər saatlarında baş verib.
Kontula rayonunda tuneldə tülkü balası görünüb. Dərhal həmin istiqamətdə qatarların hərəkəti dayandırılıb. Əraziyə metropoliten işçiləri ilə yanaşı 2 xilasetmə qrupu göndərilib. Bütün cəhdlərə baxmayaraq, heyvanı tutmaq mümkün olmayıb.
Qeyd edək ki, bu ərazidə ötən həftə də eyni hal yaşanmışdı. O vaxt da tülkü balası qaçıb gizlənə bilmişdi. Hər iki olayın səbəbkarının məhz eyni tülkü balası olduğu ehtimal edilir.
L.Tağıyeva



