|
|
|
|

İtaliyanın Hərbi Dəniz Qüvvələrinə məxsus patrul qayığı Malta sahillərində 10 miqrantın meyitini tapıb.
525.az xarici KİV-ə istinadən xəbər verir, ölənlər Liviyadan Maltaya qeyri-qanuni yolla miqrasiya edənlərdir.
Buna kimi Malta sahillərində miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 48 nəfər balıqçı gəmiləri vasitəsilə xilas edilmişdi.
Qeyd edək ki, hələ də 2 nəfər itkin düşmüş hesab olunur. Onların tapılması istiqamətində əməliyyat davam etdirilir.
L.Tağıyeva



