|
|
|
|

"Toyota" 400 min km məsafəni problemsiz qət edən ən dözümlü avtomobil markasıdır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iSeeCars portalının araşdırmasından sonra məlum olub.
"Toyota" istehsalı olan avtomobillərin 17,8 faizi 400 min km həddə rahatlıqla çatır. İkinci yerdə 12,8 faiz göstərici ilə "Lexus" qərarlaşıb. İlk "üçlüyü" isə "Honda" qapayır - 10,8 faiz.
Qeyd edək ki, araşdırmaya görə, ilk "onluq"da aşağıdakı markalar yer alıb: "Acura", GMC, "Tesla", "Chevrolet", "Mazda", "Cadillac" və RAM.
L.Tağıyeva



