|
|
|
|

Dünən Kəşmirdə, Muzaffarabad şəhəri yaxınlığında Pakistan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-17 helikopteri qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.
Qəza nəticəsində ekipaj üzvlərinin həlak olduğu bildirilsə də, onların sayı açıqlanmayıb.
Qeyd edək ki, faciəyə səbəb kimi ilkin olaraq texniki nasazlıq göstərilir. Qəzanın əsl səbəbi araşdırılır.
L.Tağıyeva



