|
|
|
|

Hindistanın Baş naziri Neandra Modinin iyunun 10-da bu postda əvəzlənmədən fəaliyyət göstərməsinin 4399 günü tamam oldu.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da o, Hindistanın idarəetmə tarixində rekord vursu.
Buna kimi rekord 4398 günlə ilk Baş nazir Cəvaharlal Neruya məxsus idi. O, 1952-ci il mayın 13-dən 1964-cü il mayın 24-ə kimi ölkənin Baş naziri olmuşdu.
Qeyd edək ki, 75 yaşlı Neandra Modi 2014-cü il mayın 26-dan Baş nazir postunu tutur.
L Tağıyeva



