|
|
|
|

Mərhum fotoqraf Dadaş Adnanın anım günü və fotolarından ibarət sərgi keçiriləcək.
525.az-ın məlumatına görə, tədbir mart ayının 8-də, 17:00-da ODA Teatrında baş tutacaq.
Məlumat üçün bildirək ki, Dadaş Adna 1978-ci ilin fevralın 3-də anadan olub. O, uzun müddət qan xərçəngi xəstəliyindən müalicə alırdı. O, fotoqraflıqla yanaşı şeirləri ilə də məşhurlaşıb.
Bununla yanaşı, onun Elvin Adıgözəl və Ru Həsənovun birgə çəkdiyi, 66-cı Locarno Beynəlxalq film festivalında iştirak edən “Buqələmun” filminin operatoru olub.
Dadaş Adnanın fotolarında kənddə yaşayan sadə vətəndaşların həyatını olduğu kimi əks etdirir. Bu fotolarda Dostoyevski romanlarının ağırlığı duyulur.
D.Adna Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda dəfn olunub.
Qeyd edək ki, sərgiyə giriş pulsuzdur.



