|
|
|
|

Martın 8-də Dövlət Gənc Tamaşaçılar Teatrında “Ələddinin sehrli çırağı” tamaşası 120-ci dəfə nümayiş etdiriləcək.
Rejissor işi, musiqi tərtibatı və rəqslərin quruluşu teatrın rejissoru, Əməkdar artist Nicat Kazımova məxsus olan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir.
İki hissəli nağıl tamaşada əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, Natiq Fərzəliyev, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ədalət Əbdülsəməd və başqaları iştirak edirlər.
Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış bu tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır.
Qeyd edək ki, həmin gün Hüseyn Cavidin “Şeyx Sənan” tamaşası da nümayiş olunacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov olan tamaşada Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Rahib Əliyev, Nofəl Vəliyev, Leyli Vəliyeva, Rafiq Hüseynov, aktyorlar Rövşən Abbasov, Simuzər Atakişiyeva, Şəbnəm Hüseynova və başqaları rol alıblar.
S.ABDULLAYEVA



