Hakimiyyət qanlı olayda müxalifəti suçlayır
Suriyada Bəşar Əsədə bağlı ordu ilə müxalifət arasında silahlı mübarizə davam edir.
Ölkə paytaxtı Dəməşq yaxınlığındakı məktəbə raketin düşüb.Nəticədə 28 şagird, bir müəllim həlak olub.
Lent.az-ın xarici informasiya vasitəlinə istinadən məlumatına görə, Suriya hakimiyyəti olayın paytaxtdan 20 km şimal-şərqində, Muheym ə-Uafideyn yaşayış məntəqəsində baş verdiyi haqda xəbər yayıb. Hakimiyyəti bu olayı müxalifətin üzərinə atmağa çalışır.
Üsyançılar bu faktı təsdiqləyib.
Həmin ərazidə 25 min köçkünün yaşadığı bildirilib. Mənbənin məlumatına əsasən, hakimiyyət ordusu və müxalifət aylardır Dəməşqin ətrafındakı məhəllələri ələ keçirmək üçün mübarizə aparır.