|
|
|
|

“Arzuların ardınca” adlanan tammetrajlı film kinosevərlərə may ayında təqdim olunacaq. Melodram janrında çəkilən bu film gənc oğlanın həyat və sevgisindən bəhs edir.
Uşaqlıqda atasını itirmiş Kamil tənha yaşayır. Öz kiçik fotostudiyasında çalışan Kamil xəstəlik tapdıqdan sonra sevgilisi tərəfindən tərk edilir. Hər şeyə ümidini itirən Kamilin Arzu ilə görüşü yeni həyatın başlanğıcı olur.
Filmin süjet xəttində gərgin hadisələr məhz bundan sonra başlayır. Ekran işinin məqsədi xərçəng xəstəliyinə tutulan insanlarda ümidlərin yaranması, yaşamaq eşqi, gələcəyə inam yaratmaqdır.
Filmin ssenari müəllifi Mehman Rəsulov, quruluşçu rejissoru Ramil Ağasıyev, quruluşçu operatoru Şahmar Səfəroğlu, texniki direktoru Nicat Zeynallıdır. Baş rollarda Xalq artisti Vaqif Əsədov, Ziya Ağa, Zarina Qurbanova və digər aktyorlar çəkilib.
Film may ayından etibarən Bakı və Sumqayıtın kinoteatrlarında nümayiş etdiriləcək.



