Bu gecə Türkiyədə mənzillərin birində maskalı şəxslər tərəfindən bıçaqlandığı iddia edilən qadının özünü bıçaqladığı məlum olub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qadın izlədiyi qorxulu filmdən təsirlənərək özünü bıçaqlayıb.
2 uşaq anası olan 38 yaşlı Nevin ilk öncə evin qapısında maskalı şəxslər tərəfindən bıçaqlandığını iddia etmişdi. Lakin xəstəxanada əməliyyatdan sonra bıçaq qadının qarnından çıxarılıb və o özünə gələndən sonra polisə hadisənin baş verməsi haqqında danışıb.
“Qorxulu film izləyirdim. Həmin filmdə bıçaqlanma səhnəsi var idi. Ona baxanda çox təsirləndim. Mətbəxtdən bıçağı aldım və qarnıma soxdum”, - deyə qadın polisə verdiyi ifadədə bildirib.