|
|
|
|

Bu gün İmişli rayon Mərkəzi Kitabxanasında Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
525.az-ın məlumatına görə, tədbir iki hissədən ibarət olub.
Birinci hissədə yubilyarın həyat və yaradıcılığından söz açılıb. Onun Azərbaycan musiqisi və mədəniyyətinə verdiyi töfhələr qeyd olunub.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Yerli mədəniyyət işçiləri, orta məktəb şagirdləri Rəşid Behbudovun repertuarından mahnılar oxuyublar.
CEYHUN



