"Həmas"ın siyasi lideri Xalid Meşal 45 il sonra ilk defe Fələstin torpaqlarına ayaq basacaq.
Bu gün başlayacaq səfər iki gün davam edəcək. "Həmas" lideri İsraillə toqquşmaların bitməsi münasibətilə Qəzzada keçiriləcək qələbə nümayişində iştirak edəcək. "Həmas" 2007-ci ildən bəri "Əl Fəth"in nəzarətində olan Qəzzada sabah böyük bir aksiya keçirməyi planlaşdırır.
Küveyt və İordaniyada, 1999-cu ildən sonra isə Dəməşqdə yaşayan Meşal Suriyadakı qarışıqlıq səbəbilə Qətərə köçmüşdü.
Qərbi Şərianı 11 yaşında tərk edən Meşal Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəsdən sonra Fələstinə ayaq basmadan əvvəl "Reuters"ə verdiyi açıqlamada "Bir araya gəlməyimiz üçün yeni bir anlayış havası hakimdir" deyib.
TRT