|
|
|
|

Yaxın günlərdə kinoteatrlarda yeni filmin nümayişinə başlanacaq.
Bu dəfə kinosevərlərə "Şerlok Holms, doktor Vatson və 1 000 000 manat" adlı bədii film təqdim olunacaq.
Azərbaycan kino tarixində ilk detektiv komediya filminin baş prodüserləri Fərid Xanbudaqov və Rza Caniyevdir. Quruluşçu rejissor Elmir Süleymanov, rejissor Oqtay Ağamalıyev, ssenari müəllifi Səbuhi Bayramov, kastinq direktoru Mehman Məmmədov, PR direktoru Vüqar Azəroğludur.
"Fon media"nın sifarişi ilə bir ay ərzində çəkilən film aprelin 29-da "Nizami" Kino Mərkəzində qala-gecəsində tamaşaçılara təqdim olunacaq. Mayın 1-dən etibarən isə "Şerlok Holms, doktor Vatson və 1 000 000 manat" şəhərimizin bütün kinoteatrlarında nümayiş etdiriləcək.



