
“... İnsan öz kədərini bölüşəndə - kədər kiçilir,
Sevincini bölüşəndə - sevinc böyüyür...”
Sən elə Yaxşı İnsansan ki, səndən küsmək də günahdır
lll
Dualar hər İnsanın qəlbinə dolmur və hər insanın da dilinə gəlmir
lll
Yadında saxla ki, MƏscidin qapısını təkcə sənin üçün açıq qoymayıblar...
lll
Kimin yanında ağlamağını, kimin yanında şadlanmağını bilməlisən
lll
ÇörƏyi kəsən bıÇaqla baş kƏsmƏzlƏr!
lll
Yara var qan gətirər, yara var Çirk...
lll
HörmƏt və ehtiramı özündən hürkütmə
lll
KönlündƏn qırılan teli Barmaqla bağlamaq olmaz
lll
Səbəblə Bəhanə yerini dəyişəndə pƏrdƏ tez yırtılar
lll
Ətrafında gördüyün sƏhvlƏri qƏlbindƏki qƏbristanlıqda dəfn elə
lll
YerdƏ yeriyərlər, GöydƏ uçarlar... Sən nə yeriyə bildin, nə uça ...Yolun haradır belə?..
lll
Əlini özün yudun, bəs qƏlbini kim yuyacaq?..
lll
Vurdun - yaralama, yedin - paralama
lll
SƏsini kəsə bilməyən sözünün də qədrini bilməz
lll
Üzüntülü yaşamaq - iynənin ucuyla gor eşmək - eyni şeydir
lll
DƏrdlƏr yaradıb sƏslƏri...
lll
Əxlaq Çat versə, bitişməz
lll
Hər şey insanın gözündədir: yaş da, yas da, qəzəb-nifrət də, dərd-ələm də...
lll
Pul xərclənər, söz qazanar
lll
ÜrƏyin ağrısını dil bilər
lll
Tanımadığın yuvanı qurdalama
lll
Vay o günə ki, əlimyandıda yana Əlin...
lll
AilƏ və dostluq münasibətlərində bezdirmədən və pərdə yırtmadan yaşa... Sonrası gec və çətin olar
lll
Bir dolu Mədədən başqa nə qədər yeyə bilərsən, adam balası?..
lll
Gileyli adamın nə gözü doyar, nə də ağzı düzələr
lll
Həyatda heç nə - nə yaşamaq, nə kədər, nə sevinc, nə şöhrət - heç biri ƏbƏdi deyil!
lll
ÜrƏyindƏn keçən hər Duyğunu dilƏ gətirmək olmaz
lll
Uşaq ona etiraz edən böyüyü heç vaxt sevməz!
lll
Yallanmaqdan ötrü hallanma!
lll
Danışmasan da, sƏni duyuram, görürəm... və eşidirəm...
lll
Gəzdiyin yerlƏ öldüyün yerin arası bilirsənmi nə qədərdir?..
lll
Yeriyib duranda da, danışıb güləndə də sƏmtini bil
lll
ŞƏrait elə gətirir ki, bəzən insan özünü özündən qoruya bilmir
lll
Özünü daşıya bilmirsən, şƏlƏni hara aparırsan?!
lll
ÇörƏk qapını özü axtarır və özü də seçir. QismƏt də Allahdandır!..
lll
Rahat yata bildiyin bir gecəlik Yuxun da qənimətindir
lll
Bilirsənmi, bəzən xəbərin olmadan bədnəzəri və paxılı özün yaradırsan və özünlə də daşıyırsan
lll
Dostun dərdinə şərik olmaq, sirrini bilib qorumaq - ağır bir Məsuliyyətdir və həm də şərəflidir.
lll
İddialı, təkəbbürlü Adam evinə, ailəsinə çörək qazanmaq yolunda çox məşəqqətlər və əzablar çəkməli olur...
lll
Sən Vaxtın dalınca yox, Vaxt sənin dalınca qaçırsa - qazancın sabun köpüyü kimi olacaq
lll
Danışmazdan əvvəl bir fikirləş - Söz sənin harandan gəlir?..
lll
Qabaqda getmƏk heç də hamını və hər şeyi qabaqlamaq deyil
lll
QƏzƏbli Adam təmkinli və səbirli ola bilməz, təmkinli söhbət də apara bilməz
lll
İlk tƏƏssüratı dəyişmək təzədən doğulmaq qədər çətindir
lll
Yolda yeriyəndə yadından çıxarma ki, bu, həm də başqalarının gedəcəyi yoldur...
lll
Adını çəkmirlərsə, özünü yada salma
lll
Əndazəli münasibət, ehtiyatlı və təmkinli davranış - hər zaman İnsanın Qazancı və Yaraşığıdır
lll
Adını yaza bilməyən Dadını da bilməyəcək
lll
Sırtıq adam üçün MƏsafƏ yoxdur
lll
Yuxudan duran kimi niyə ilk əvvəl gözünƏ su vurursan?..
lll
Dünyanın Əbədi olmadığını min kərə görən, eşidib bilən insan niyə bircə an da sakitləşə bilmir?
lll
Adının qabağında əməlinin dadı varmı?
lll
Nə Sevinc, nə də Kədər - fərdi ola bilməz
lll
Səndən ötən də səndən ötrüymüş...
lll
Salam Allahındır, ehtiram sənin
lll
Borcunun yox, borclunun qayğısına qal
lll
ÖzünƏ güvənmə, elinƏ güvən!..
lll
Bütün savaş və qırğınlar Qarın, Qadın və Torpaq üstündədir...
lll
Boğazının damarları dərddən şişər, ayağının damarları azardan...
lll
Qəzəbin Əzabını çox çəkəcəksən...
lll
Yeriyəndə Toz qaldırma, yatanda Səs çıxarma...
lll
Hamı Dünyanın Faniliyindən danışır, amma heç kim boşalmır... və dayanmır...
lll
Əlin urvatı ayrıdır, ayağın urvatı ayrı...
lll
Qalx ki qaldırasan. Qaldır ki, qalxasan !
lll
HƏyatını qurandan sonra dönüb münəccimlik etmə, unutma ki, hər gün və hər an öz şərtlərini diqtə edir...
lll
Uzanmağını başa düşdüm, bəs niyə belə enlənirsən, adam balası?..
lll
Yerlə Göydən xəbərsiz və gizlin heç nə yoxdu bu dünyada... Hər şey Yerlə Göyün arasındadır...
lll
Sevinən İnsan da, Ağlayan İnsan da : ikisi də birdir - bir mənbədən, bir duyğu bulağındandır. Baxır Taleyin gƏrdişinƏ...
lll
Əmim deyərdi ki, həpənd köpəyoğlu, dalıma minməyin cəhənnəm, ta ürəyimdən niyə sallanmısan?..
lll
Dilini dinc saxla, qƏlbini açıq; Allah Qismətini yetirəcək!..
lll
Əlini əllə tut, dalını dalla qoru
lll
Atılan güllələr də, deyilən sözlər də yiyƏsini yaxşı tanıyır və tez də tapır
lll
Allahın Bəndəsi onun Quludur, bəs sənin Qulun necə,
Allahın Bəndəsi deyil?..
lll
Nə Adın Yadın deyil, nə də ağzındakı Dadın - qədrini bil
lll
Yağış yağdıra bilmirsənsə, guruldamağına, dualarına nə gəlib?..
lll
Ən unutqan yaddaş sahibi elə Dünyanın özüdür
lll
SƏnin deyildi, SƏnin də olmadı...
lll
MƏn o qədər HƏSSASAM ki, Sənin üzündən keçən xəfif paxıllıq küləyini də görürəm...
lll
İrad - əslində İnsanı özünə qaytarır və özünü göstərır
lll
Ən asanı Sual verməkdir, ən çətini Cavab... Hər suala cavab verməzlər, çünki taleyin həm də həmin cavablardan asılı ola bilər...
lll
Elə Yalan var ki, sənə dəxli olmasa da, sənin dilindən deyilməsə - yaxşıdır
lll
Pulu kim qazanırsa, şərtləri də o diqtə edir...
lll
KƏdƏrli anlarda İnsan bulaq kimi saflaşır
lll
SƏnin Ahın dağlara-daşlara dəyib, bəs bu Dağların-Daşların ahı kimə və hara dəydi?..
lll
Ey Ulu Tanrı! Məni illər uzunu yataq xəstəsi kimiyatırdıb öldürmə, yıxıb öldür! Mən yataq xəstəsi olmaq istəmirəm!!!



