|
|
|
|
“Təbriz İrana paytaxt ola biləcək şəhərlər sırasında birincidir”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Təbrizdən İran parlamentinə deputat seçilmiş Mirhadı Qaraseyid açıqlama verib.
O bildirib ki, İran parlamenti paxtaxtın dəyişdirilməsi ilə bağlı xüsusi tədqiqat institutunun yaradılması üçün qanun qəbul edib: “Bu müəssisədə 3 şöbə olacaq: ali şura, sədr və şura heyəti. Şura üzvləri arasında İranın daxili işlər naziri, ali dini liderinin 2 təmsilçisi, 2 deputat, yol və şəhərsalma naziri, baş prokurur, Milli Təhlükəsizlik Şurasının nümayəndəsi də olacaq. Bu qurum 2 il ərzində tədqiqatı yekunlaşdırıb, yeni paytaxtın hansı şəhər olacağını müəyyən edəcək”.
M. Qaraseyid əlavə edib ki, tarixi, mədəniyyəti, iqtisadiyyatı baxımından paytaxt ola biləcək birinci şəhər Təbrizdir: “Paytaxtın dəyişdirilməsi ilə bağlı əvvəllər də söhbətlər olub. Lakin bu dəfə yeni təsis ediləcək müəssisə bu addımı həyata keçirməyə çalışacaq”.