|
|
|
|

Mayın 24-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək (əvvəlki illərin məzunları ) abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 17-dən etibarən çap edə bilirlər.
525.az-ın TQDK-ya istinadən məlumatına görə, uraxılış vərəqəsini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov linkindən istifadə etmək lazımdır.
“Bir daha xatırladaq ki,imtahana gələrkən buraxılış vərəqini və şəxsiyyət vəsiqəsinin əslini mütləq gətirməlisiniz.
Göstərilən sənədlərdən biri olmazsa,və ya onlar arasında uyğunsuzluq olarsa,imtahana buraxılmayacaqsınız”-deyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəyan edib.



