"Bazar günü" adlı qısametrajlı bədii filminin çəkilişlərinə start verilib.
Qarabağ əlillərindən bəhs edən filmdə əsas rolları Əməkdar artistlər Vidadi Həsənov, Ayşad Məmmədov, aktrisa Əminə Baloğlanova ifa edirlər.
Filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Pərviz Əlivev, quruluşçu operatoru Elman Əliyevdir.
Filmin çəkilişləri Bakının mərkəzi küçələrində, İçəri Şəhər Dövlət Tarixi-Memarlıq Qoruğunda və Buzovna kəndində aparılır.