Türkiyənin Orta Doğu Texniki Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, beynəlxalq münasibətlər sahəsində dünyada tanınmış ekspertlərdən olan professor Hüseyin Bağcı Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
525.az-ın universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, qonaq ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşüb.
Görüşdə Orta Doğu Texniki Universiteti ilə, xüsusilə də bu universitetin İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsi ilə ADİU arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.