|
|
|
|
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan yığmasının 4-ü kişi, 4-ü qadın olmaqla 8 idmançısı mübarizəyə qoşulub.
Qadınların şpaqa yarışında ölkəmizi Məryəm Məlikova, Samirə Hüseynova, Nüvar Məlikova və Elmira Xudaverdiyeva təmsil edib. Altı görüş keçirən qılıncoynadanlarımız bütün oyunlarda uduzaraq mübarizəni dayandırıb.
Kişilərin sablya yarışlarında təmsilçilərimizdən Cavanşir Səfərov, Abdulla Həsənov, Cavanşir Ağakişiyev və Azər Tağıyevin də çıxışları uğursuz olub. Dörd idmançımızdan yalnız Azər Tağıyev 1/16 finala yüksəlməyi bacarıb. Lakin o, bu mərhələdə rumıniyalı Tiberiu Dolniçeanuya 5:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.