https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
search
4 İyul 2026
3 İyul 2026

"Yalnız azarkeş dəstəyi sayəsində "Neftçi"ni keçə bilərik"

"Yalnız azarkeş dəstəyi sayəsində "Neftçi"ni keçə bilərik"

"Bakıda olan hər kəs stadiondakı atmosferi gördü. Əmin olduq ki, "Neftçi" Azərbaycanın böyük klublarından biridir. Buna görə də cavab matçının çətin keçəcəyini düşünürəm. Çünki 2:2 hesabı rəqibimizi qane etmir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Mladost"un futbolçusu Marko Skepanoviç Monteneqro mətbuatına açıqlamasında deyib.

Təcrübəli futbolçu cavab matçında azarkeş dəstəyi sayəsində mərhələ keçəcəklərinə inandığını bildirib: "Rəqibimiz kimi biz də növbəti mərhələyə keçmək istəyirik. İlk oyunda bunu bacara biləcəyimizi göstərdik.
 
Lakin cavab matçında azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. Yalnız onların sayəsində növbəti mərhələyə vəsiqə qazana bilərik. Ümid edirəm ki, stadion dolu olacaq. İlk görüşdən yaxşı nəticə ilə ayrılmışıq. Ancaq nəzərə almalıyıq ki, hər bir oyun 0:0 hesabı ilə başlayır. Ona görə diqqətli olmalıyıq. Sadəcə meydana çıxıb, öz oyunumuzu oynamalıyıq".

Qeyd edək ki, sabah keçiriləcək "Mladost" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.