https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

Çingiz Abdullayev və Sadıq Sadıqov Monteneqroya getmədi

Çingiz Abdullayev və Sadıq Sadıqov Monteneqroya getmədi

"Neftçi"nin Müşahidə Şurasının üzvlərindən yalnız Bəhram Bağırzadə komandanın Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Mladost"la qarşılaşma üçün Monteneqroya yollanıb.

525.az-ın "Sportnet.az"a istinadən verdiyi xəbərə görə, bu barədə Şura üzvü Səməd Qurbanov məlumat verib.

O, bildirib ki, digər üzvlər - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, Sadıq Sadıqov və Mübariz Zeynalov ölkəni tərk etməyib: "Mübariz müəllim səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirildiyindən mən də onunla qaldım. Amma komanda ilə əlaqə saxlamışıq, onlar bütün Azərbaycana salam göndərirlər. İnanırıq ki, səfərdən qələbə ilə qayıdacaqlar".

Müşahidə Şurasının sədri Çingiz Abdullayev isə Azərbaycan Yazıçılar Birliyinin tədbiri ilə əlaqədar "Neftçi"nin oyununu izləyə bilməyəcək. Əvəzində səfərə klubun icraçı direktoru Elnur Məmmədov, onun müavini Mübariz Xudiyev və idman direktoru Vəli Qasımov çıxıb.
 
Qeyd edək ki, sabah Podqoritsa şəhər stadionunda keçiriləcək "Mladost" - "Neftçi" qarşılaşması Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.