|
|
|
|

Çili millisinin və "Yuventus"un yarımmüdafiəçisi Arturo Vidal iki il avtomobil idarə edə bilməyəcək.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna onun ötən ay içkili vəziyyətdə avtomobil idarə etməsi və qəza törətməsi səbəb olub.
Buna görə A.Vidal iki il sürücülük hüququndan məhrum edilib. Bununla da qarşı tərəfə dəymiş zərəri ödəməli olan Vidal həbs və ya daha ağır cəzadan qurtulub.



