https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

"Qəbələ" 2 cavabsız qolla qalib gəldi

"Qəbələ" 2 cavabsız qolla qalib gəldi

Dünən Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ölkəmizi Avropada təmsil edən “Qəbələ” də növbəti matçına çıxıb.

Roman Qriqorçukun komandası doğma meydanda Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşıb.

Səfərdə keçirilən ilk oyunda rəqibinə uduzmasına (1:2) baxmayaraq, komandamızın mərhələni keçəcəyinə ümidlər böyük idi. Bütün matç boyu üstün olan "Qəbələ" yalnız matçın son dəqiqlərində iki qol vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.
 
Bununla da Azərbaycan təmsilçisi ilk matç zamanı dövlət bayrağımızın gürcüstanlı azarkeşlər tərəfindən təhqir olunmasına öz oyunu və qələbəsi ilə layiqli cavab verib.

Qeyd edək ki, "Qəbələ" ikinci təsnifat mərhələsində "Domjale" (Sloveniya) - "Çukariçki" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

9 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu

21:00. “Qəbələ” (Azərbaycan) - “Dinamo” (Gürcüstan) - 2:0
Qollar: Sergey Zenyov, 87 (1:0), Aleksey Antonov, 90+2 (2:0)
Qırmızı vərəqə: Laşa Totadze, 71 ("Dinamo")
(İlk oyun - 1:2)
Baş hakim: Amori Deleru (Fransa).
Qəbələ şəhər stadionu.

“Qəbələ”: Dmitri Bezotosnı, Vernidub, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Floresku, Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay, Sergey Zenyov, Aleksey Antonov

Ehtiyat oyunçular: Andrey Popoviç, Stankoviç,  Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Samir Zərgərov, Dodo

“Dinamo”: Hridliçka, Totadze (k), Tvildiani, Rene Santos, Çelidze, Tsinçadze, Papunaşvili, Jiqauri, Çanturişvili, İaşvili, Kvilitaya

Ehtiyat oyunçular: Beqaşvili, Quruli, Parunaşvili,  Janelidze, Lobjanidze, Kiteişvili,  Arabuli

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.