https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
search
4 İyul 2026
3 İyul 2026

"Neftçi"nin oyunundan sonra 3 futbolçu qovuldu

"Neftçi"nin oyunundan sonra 3 futbolçu qovuldu

Avropa Liqasının I təsnifat mərhələsinin Monteneqroda "Mladost"la Azərbaycanın "Neftçi" komandaları arasında keçirilmiş cavab görüşündən sonra 3 futbolçuya qırmızı vərəqə göstərilib.

Bunlar "Neftçi"dən Aylton və Maksim Vaylo, meydan sahiblərindən isə Miloş S.Raduloviçdir.

Onlar 90+9-cu dəqiqədə final fiti səsləndirildiyi vaxt baş vermiş kütləvi toqquşma ilə əlaqədar qovulublar. "Neftçi"dən rəqibini vuran Aylton, eləcə də ehtiyat qapıçı Vaylo, "Mladost"dan isə toqquşmayadək əvəzlənmiş Raduloviç hakimin qəzəbinə tuş gəlib. Davayadək Ayltonun 58-ci, Raduloviçin isə 79-cu dəqiqədə sarı vərəqəsi olub. Meydan sahiblərinin futbolçusu sarı vərəqə aldıqdan 1 dəqiqə sonra yerini komanda yoldaşına verib.

Qeyd edək ki, insidentlə əlaqədar UEFA İntizam Komitəsinin hər 3 futbolçuya sərt cəzalar tətbiq edəcəyi, klubları isə ciddi cərimələyəcəyi gözlənilir. (sportnet.az)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.