|
|
|
|

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən "Qəbələ" - "Dinamo" matçında vurulan ilk qolun müəllifini dəyişib.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, matçın protokolunda ilk qolun müəllifinin Asif Məmmədov olduğu göstərilib.
Daha öncə isə UEFA-nın rəsmi saytında "Qəbələ"nin ilk qolunu Sergey Zenyovun vurduğu qeyd olunmuşdu.
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.



