Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün II və III qruplar üzrə keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlayıb.
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq “İmtahana buraxılış vərəqəsi” çap edib götürməlidirlər.