Suriyada ordu birliklərinin müxtəlif şəhərlərdə həyata keçirdiyi son əməliyyatlarda ölənlərin sayının 91-i keçdiyi açıqlanıb.
Suriya İnsan Haqları Təşkilatı ordunun Dəməşqdə 36, Derada 20, Xamada 12, Deyr Əz Zurda 7, Hələbdə 6, Humusda 6, İdlibdə 4 nəfəri öldürdüyünü xəbər verib. Ölənlərin arasında 9 qadın və 5 uşaq da var. Təşkilat 6 nəfərin də işgəncə səbəbilə dünyasını dəyişdiyini bildirib.
Suriya Ümumi İnqilab Şurası isə Humus və Hələb başda olmaqla ölkənin bir çox şəhərində iki ordu arasında toqquşmaların davam etdiyini açıqlayıb.
Əsəd rejiminə bağlı Suriya Ordu və Silahlı Qüvvələr Komandanlığı silahlı qrupların Hələbin kənarındakı Handerat hava müdafiə alayına hücum etdiyini açıqlayıb. SANA-nın xəbərinə görə, komandanlıq müxaliflərin alayın bəzi hissələrinə girməyi bacardığını bildirib.
TRT