https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Trabzonspor”un baş məşqçisi istefa verib

“Trabzonspor”un baş məşqçisi istefa verib
“Trabzonspor” klubunun baş məşqçisi Şota Arveladze istefa verib.

Apasport.az saytının  Türkiyə mətbuatına istinadən xəbərinə görə, mövsümlərarası fasilədə “bordo-mavililər”in “sükanı arxası”na gətirilən gürcüstanlı çalışdırıcının bu qərarı gözlənilməz olub.
 
Arveladze bir neçə gün öncə komandanın kapitanı Onur Kıvrakı heyətdən kənarlaşdırdığı üçün “Trabzonspor”un baş meneceri Süleyman Hurma işindən ayrıldığını açıqlamışdı. Yaşanan hadisədən sonra 42 yaşlı məşqçinin özü də istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
 
İstefası ilə bağlı danışan Arveladze qərarını belə izah edib: “Məni buraya gətirən Hurmadı. Hansısa futbolçu intizamsızlıq edirsə, mənim də komandada qalmağım düz çıxmaz. Buna görə də, istefa verdim”.
 
Arveladzenin istefasını eşidən Hurma isə dərhal onunla görüşərək, Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Rabotniçki” ilə oyundan öncə istefa verməsinin yanlış qərar olduğunu bildirib və ən azından, matç bitənə qədər gözləməyini məsləhət görüb.
 
Arveladzenin bu təklifi qəbul etdiyi bildirilir.
 
“Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğlu da sabah çox önəmli oyunlarının olduğunu qeyd edərək, matçdan sonra Arveladze ilə danışacağını dilə gətirib.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.