|
|
|
|

"Düşünürəm ki, yaxşı oyun alındı. Meydanda iki yaxşı komanda var idi".
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gəldikləri ilk oyun (1:0) haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis komandasının bir qol vurmaq üçün çox çalışdığını bildirib: "Şadam ki, top buraxmadan bir qol vuraraq qalib gəldik. Qol vurmaq üçün çox çalışdıq. Buna nail olduğumuz üçün xoşbəxtəm".
Qeyd edək ki, "Qarabağ" və "Seltik" arasında cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək. Həmin qarşılaşmanın start fiti saat 21:30-da veriləcək.



