https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Qurban Qurbanov: "Məğlub ola biləcəyimizi əvvəldən demişdim"

Qurban Qurbanov: "Məğlub ola biləcəyimizi əvvəldən demişdim"

"Qarabağ"ın baş məşqçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"ə (Şotlandiya) 0:1 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bildirib.
 
525.az-ın Sportal.az-a istinadən yaydığı xəbərə görə, o, cavab oyununda azarkeşlərə güvəndiyini bildirib:
 
"Çox maraqlı və gərgin oyun alındı. Qarşılaşmadan əvvəl məğlub ola biləcəyimizi demişdim. Rəqibimiz yaxşı komanda olduğunu göstərdi, Qlazqoda çətinlik çəkdik. "Seltik"in baş məşqçisini və futbolcularını təbrik edirəm".

Q.Qurbanov  komandasından razı qaldığını deyib:

"Komandam yaxşı oyun nümayiş etdirdi. Hesab edirəm ki, bizi Azərbaycan azarkeşlərinin dəstəyi altında çox maraqlı cavab oyunu gözləyir. Qlazqoda 10 minlərlə azarkeş qarşısında oynamaq xoş təəssürat yaratdı. "Qarabağ"ın da "Seltik" kimi fanat ordusu var. Onlar bizim qələbə qazanıb mərhələ adlamağımız üçün bizə böyük dəstək verəcəklər".
 
Qeyd edək ki, "Qarabağ" - "Seltik"  cavab görüşü avqustun 5-i 21:30-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.