https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Cavidin jesti bayrağımızın və "Qəbələ"nin təhqir olunmasına cavab idi”

“Cavidin jesti bayrağımızın və "Qəbələ"nin təhqir olunmasına cavab idi”

“Qəbələ” klubu Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la ilk oyununda baş verən qalmaqala münasibət bildirib.

Klubun meneceri Səməd Nəsibov Qol.Az-a açıqlamasında Cavid Hüseynovun bərabərlik qolundan sonra rəqib azarkeşlərə ünvanlanan jestinə də aydınlıq gətirib.

O, komandanın kapitanını bu hərəkətinə görə qınamağın düzgün olmadığını deyib:

“Doxsan dəqiqə rəqibin azarkeşləri ünvanımıza söyüşlər yağdırdı. Cavidi də başa düşmək lazımdır. Kiprdə o atmosferi görməyən insan Cavidi başa düşməz. Mübarizəni biz yox, futbolçular aparır. Cavidin bu jesti həm bayrağımızın, həm də komandamızın təhqir olunmasına cavab idi. Cavid əsl kapitan kimi sona qədər mübarizə apardı və həlledici məqamda məsuliyyəti üzərinə götürdü. Penalti zərbəsini dəqiq yerinə yetirdi. Məncə, bunu daha çox qabartmaq lazımdır, nəinki onun jestini”.

Xatırladaq ki, “Qəbələ” Kipr səfərindən 1:1 hesablı bərabəliklə qayıdıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.