https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Seltik"in baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"

"Seltik"in baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"la qarşılaşacaq "Seltik" oyuna hazırdır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Seltik"in baş məşqçisi Ronni Deyla açıqlamasında deyib.

"Qapıçı Kreyk Qordonun klubla müqavilə imzalaması əla oldu. Komandam "Qarabağ"la oyuna hazırdır. "Seltik"in güclü komanda olduğunu düşünürəm" - deyə Deyla bildirib.

Deylanın köməkçisi Con Kollins isə "Qarabağ"la oyunöncəsi narahatçılığını gizlətməyib: "Qarabağ" ilk oyunda bizə qol vura biləcək gücdə olduğunu nümayiş etdirdi. Buna görə də biz Şotlandiya çempionatında çıxış etdiyimizdən daha yaxşı oynamalı və rəqibə problemlər yaratmalıyıq".

Qeyd edək ki, avqustun 5-də keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.