https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Blatter BOK-dan ayrılır

Blatter BOK-dan ayrılır
FİFA prezidenti Yozef Blatter tutduğu daha bir vəzifəni tərk etmək qərarına gəlib.
 
Apasport.az saytı xəbər verir ki, o, Beynəlxalq Olimpiya Komitəsinin yeni üzvlərinin seçki prosesində iştirak etməyəcək.
 
Blatter bu qərarı ilə bağlı BOK prezidenti Tomax Baxı məlumatlandırıb.
 
Qeyd edək ki, yazda FİFA böyük qalmaqalla üzləşmişdi. Korrupsiyada günahkar bilinən qurumun yüksək vəzifəli 7 əməkdaşı Sürixdə həbs edilmişdi. Bundan sonra Blatter növbəti dəfə FİFA prezidenti seçilsə də, cəmi 4 gün sonra istefa verdiyini açıqlamışdı.
 
Nəticədə gələn il, fevralın 26-da keçiriləcək prezident seçkilərinə qədər onun postunda qalmasına qərar verilmişdi.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.