|
|
|
|

"Real"ın futbolçusu Kriştiano Ronaldo meneceri Xorxe Mendesin toy mərasimində iştirak edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı oyunçu toy şahidlərindən olub.
Ronaldo Mendesə toy hədiyyəsi olaraq yunan adalarından birini alıb.
Qeyd edək ki, toy mərasimi Portuqaliyanın ən böyük muzeylərindən birində keçirilib.



