https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Mourinyo: "Vengerin əlini sıxmağa məcbur deyildim"

Mourinyo: "Vengerin əlini sıxmağa məcbur deyildim"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə superkuboku matçından sonra "Arsenal"dakı həmkarı Arsen Vengerin əlini sıxmamasına münasibət bildirib.

Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis heç kəsin əinini sıxmağa borclu olmadığını deyib:

"Bu barədə çox danışmaq istəmirəm. Küçədə gedərkən sizdən hər kəslə salamlaşmaq və onların əlini sıxmaq tələb olunmur. Ancaq idman klublarında vəziyyət bir qədər fərqlidir. Oyundan sonra adətən baş məşqçilər bir-birinin əlini sıxırlar. Lakin mən həmin gün futbolçularım, komandamın qələbəsi və stadion haqda düşünürdüm. Bu səbəbdən Vengerə əhəmiyyət vermədim. Bununla belə, düşünürəm ki, məşqçi istəmədiyi halda həmkarının əlini sıxmağa məcbur deyil". 

Qeyd edək ki, "Arsenal" "Çelsi"ni 1:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə superkuboka sahib çıxıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.