|
|
|
|

Avqustun 5-də Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Qəbələ" ilə üz-üzə gələcək Kipr "Apollon"u Bakıya gəlib.
Qol.Az-ın sportnet.az saytına istinadən yaydığı məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında "Apollon"u "Qəbələ" rəsmisi Səbuhi Səfiyarlı qarşılayıb.
Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları otelə yollanıblar. Bu zaman Kipr komandası üçün ayrılan avtobusun içərisində Azərbaycan və Türkiyə bayraqları diqqət çəkib.
Saat 20:00-da "Apollon"un "Bakcell Arena"da oyunöncəsi məşqi olacaq. Baş məşqçi Pedro Emmanuel isə mətbuat konfransı keçirməkdən imtina edib.
Xatırladaq ki, "Qəbələ" - "Apollon" matçı saat 21:00-da başlanacaq.
Əlavə edək ki, bu komandaların Kiprdə keçirilən oyunu zamanı Azərbaycan bağrağı təhqir olunub.



