https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Seltik"in futbolçusu: "Oynadığım ən çətin matç idi"

"Seltik"in futbolçusu: "Oynadığım ən çətin matç idi"

"Çətin oyun oldu. Bilirdik ki, rəqibimiz mərhələ adlamaq üçün əlindən gələni edəcək. Qol vursaq, böyük üstünlük əldə edəcəyimizi bilirdik. Bunu bacarmasaq da, qapımızı toxunulmaz saxladıq. Ölkəmizə mərhələ adlayaraq qayıtdığımız üçün xoşbəxtik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Seltik"in futbolçusu Stüart Armstronq Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la 0:0 bərabərə qaldıqları görüşdən sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli futbolçu "Qarabağ"la görüşün indiyə kimi oynadığı ən çətin matç olduğunu bildirib: "Bu, oynadığım ən çətin və yorucu oyun idi. Matç ərzində su fasilələrin verilməsi yaxşı oldu. Çox əziyyət çəkdik. Fiziki və zehni olaraq ağır oyun idi. Matçın final fitindən sonra bizim üzümüzdəki emosiyaları görə bilərdiniz. Hamımız mərhələ keçmək istəyirdik. Daha öncə isti havada futbol oynamışam.

Ancaq bu önəmli matç olduğu üçün belə hərarətli və yüksək rütubətli görüşdə daha çox hərəkət etməli idik. Pley-off mərhələsində hansı komanda ilə qarşılaşacağımızı bilmirəm. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtəm. Pley-off oyunlarını həyəcanla gözləyirik. Ümid edirəm ki, Çempionlar Liqasının qrup mərhələsində oynayacağıq".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.