https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

UEFA “Qarabağ”dan razı qaldı

UEFA “Qarabağ”dan razı qaldı

Ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Seltik” matçında diqqət çəkən məqamlardan biri də media sektorundakı yenilik idi.
 
Belə ki, media nümayəndələrinin işinin asanlaşdırılması üçün onlara ayrılmış yerlərə hər kəsin adı yazılmış və şəkli yapışdırılmışdı. Bu isə UEFA nümayəndələrinin diqqətindən yayınmayıb.

Qitənin ali futbol qurumunun media və yayım işləri üzrə nümayəndəsi Ditmar Haus Ağdam klubunun bu addımından məmnun qalıb.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib:

“UEFA Çempionlar Liqasının qrup mərhələsinə doğru gedən komandaların oyununa iki nümayəndə göndərir. Bunların biri təşkilati, digəri isə media və yayım işlərinə nəzarət edir. Dünənki oyunda da həmin nümayəndələr iştirak edirdi. Matçdan sonra media və yayım işləri üzrə nümayəndə Ditmar Haus bizə bildirdi ki, 10 ildən artıqdır bu sahədə çalışmasına baxmayaraq, ilk dəfədir ki, belə xoş sürprizlə rastlaşır. Qeyd etdi ki, gələcəkdə bunun tədbiq olunmasını UEFA-ya tövsiyə edəcək. Ümumilikdə UEFA nümayəndələri klubumuzun təşkilati və media ilə bağlı işindən çox razı qalıb”.

N.İbrahimov eyni zamanda dünən media nümayəndələrinin işinin asanlaşdırılmasına köməklik göstərdiyi üçün həmkarları Rüstəm Allahverdiyev, Elgiz Abbasov və Rəşad Məmmədova təşəkkür edib.

Qol.az

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.