https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Qalatasaray” mənə verəcəyi pulu uşaq futboluna xərcləsin”

“Qalatasaray” mənə verəcəyi pulu uşaq futboluna xərcləsin”

"Barselona"nın yeni  transferi Arda Turan növbəti açıqlama verib.

Qol.Az-ın "Vətən" qəzetinə istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi Kataloniya klubuna pula görə getməyini söyləyib:

"Məni meydanda əsl Arda edən insanların sevgisidir. Dünyanın ən yaxşı klubuna transfer olunmuşam. Amma "Barsa"ya keçməzdən əvvəl ən böyük klublarda təcrübə toplamışam. Layiq olduğum uğuru qazanmışam ".

A.Turan onu da qeyd edib ki, keçmiş klubu "Qalatasaray"a dönmək barədə düşünmür:

"Bunun gerçəkləşməsi üçün əvvəlcə "Barselona" "Qalatasaray"da oynamağına razılıq verməldir. Amma 6 ayda "Qalatasaray"a uğur qazandıracağımı fikirləşmirəm. Hesab edirəm ki, məni icarəyə götürmək üçün verəcəkləri pulu uşaq futboluna və ya başqa bir şey üçün istifadə etsələr, daha yaxşı olur".

"Barselona"da forma nömrəsi hələ də müəyyənləşəməyən A.Turan deyib ki, indiyə kimi Türkiyə millisindən başqa, çıxış etdiyi klublarda geyindiyi formaları öz istəyi ilə seçməyib:

"Futbolçu karyeram ərzində təkcə Türkiyə millisində geyindiyim 14 nömrəli formanı özüm seçmişəm".

Türk yarımmüdafiəçi "Barselona"da çıxacağı ilk oyunu səbirsizliklə gözlədiyini də vurğulayıb.

Qeyd edək ki, A.Turan "Barselona"da verilən transfer cəzası səbəbindən yanvar ayına kimi komandası ilə matçlarda oynamayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.