|
|
|
|

İran çempionatında 2015/2016 mövsümünün ikinci turunun oyunları keçirilir.
Qol.Az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu gün mövsümdə ikinci matçına çıxacaq.
Komanda səfərdə "Qostareş"in qonağı olacaq. Mövsümə xal itkisi ilə başlayan (0:0) "Traktor Sazi" bu dəfə qələbə qazanmağa çalışacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Traktor Sazi" ötən mövsümün son matçında evdə "Naft Tehran"la 3:3 bərabərə qalaraq çempionluq şansını əldən verib.
7 avqust
İran çempionatı, 2-ci tur
19:00. "Qostareş" - "Traktor Sazi"



