https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Futbolçular meydançada əsl kişi kimi davrandılar"

"Futbolçular meydançada əsl kişi kimi davrandılar"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbacan Premyer Liqasının birinci turunda "Qarabağ"la bərabərə qaldıqları oyunu (2:2) şərh edib.

Qol.Az-ın PLF-in saytına istinadən verdiyi məlumata görə, o, bu gün meydançada yaxşı futbol gördüyünü deyib:

"“Qarabağ” barədə nəsə demək istəmirəm. Öz futbolçularım barədə danışarkən onu deyim ki, onlarla fəxr edirəm. Futbolçular meydançada əsl kişi kimi davrandılar. Neqativ heç nə görmədim. Onlara təşəkkür edirəm. Yüksək temp görmədik. Bunun səbəbi Avropa Liqasındakı oyunlardır".

Q.Qriqorçuk qarşılaşmanın hakimi Əliyar Ağayevin verdiyi qərarlara da münasibət bildirib:

"Mənim hakimlərə böyük hörmətim var. Bizim əleyhimizə olan qırmızı vərəqə və penalti barədə onu deyə bilərəm ki, penalti 100 faiz var idi, amma qırmızı vərəqəyə yaxın bir epizod belə yox idi”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.