https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Cavid Hüseynov 3 il azadlıqdan məhrum edilə bilər

Cavid Hüseynov 3 il azadlıqdan məhrum edilə bilər
Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı açılmış cinayət işinə görə bu gün barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən futbolçu Cavid Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.
 
Lent.az-ın məlumatına görə, futbolçu Cinayət Məcəlləsinin 307.1 (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə)  və 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
 
Əgər Cavid Hüseynovun bu cinayət əməlləri məhkəmə istintaqı sübuta yetirilsə 307.1 maddəsi ilə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 307.2  maddəsi ilə isə iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.