https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Dünya kubokunda 9 medal

Dünya kubokunda 9 medal

Qəbələdə keçirilən Dünya kubokunun 4-cü günündə 3 dəst medalın sahibi müəyyənləşib.

Qol.Az-ın gabalafc.az saytına istinadən yaydığı xəbərə görə, Qəbələ Stend və Ox Atıcılığı Kompleksində təşkil olunan yarışlarda kişilər 50, qadınlar 25 metr məsafəyə tapançadan atəş açmaqda, həmçinin kişilər dabl-trapda qüvvəsini sınayıb.

Tapança növündə yarış asiyalıların üstünlüyü ilə keçib. Belə ki, 6 medaldan beşi asiyalıların olub. Çin ikisi qızıl olmaqla, üç medal qazanıb. Koreya isə hesabına iki medal əlavə edib.

Digər mükafat Rusiyanın olub. Stenddə keçirilən dabl-trapda isə ABŞ, Böyük Britaniya və Rusiya növbəti medalını əldə edib.

Tapança, 50 m, kişilər

1. Jiajie May (Çin)
2. Daehun Park (Koreya)
3. Çeonqyonq Kim (Koreya)

Tapança, 25 m, qadınlar

1. Lijia Çao (Çin)
2. Vutalina Bataraşkina (Rusiya)
3. Jinqjing Janq (Çin)

Dabl-trap, kişilər

1. Valton Eller (ABŞ)
2. Stiven Skott (Böyük Britaniya)
3. Vasili Mosin (Rusiya)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.