https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Cavid Hüseynov günahkarların ən ağır şəkildə cəzalandırılmasını istəyir"

"Cavid Hüseynov günahkarların ən ağır şəkildə cəzalandırılmasını istəyir"

Vəkil Adəm Məmmədov Bakı İstintaq Təcridxanasında müdafiə etdiyi futbolçu Cavid Hüseynovla görüşüb.

Bu barədə məlumat verən vəkilin sözlərinə görə, C.Hüseynov baş vermiş hadisədən çox üzüldüyünü, Rasimin ailəsinə başsağlığı verdiyini bildirib.

“Cavid mənimlə söhbətində hadisəni törədənlərin ən ağır formada cəzalandırılmasını istədiyini dedi. O, belə bir hadisədə adının hallanmasından çox təəssüf edir və buna görə də cinayəti törətmiş şəxslərin layiqli cəza almasını istəyir.

Cavid çox əsəbidir ki, hadisəni törədənlər öz hərəkətləri ilə onun da işini qəlizləşdiriblər” – deyən vəkil vurğulayıb ki, Cavid baş vermiş hadisədə özünü günahkar bilmir və istintaqın həqiqəti ortaya çıxaracağına inanır.

Adəm Məmmədov bildirib ki, C.Hüseynovun barəsində seçilmiş həbs qətimkan-tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayətinə sabah saat 14:00-da hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyüldükdən sonra xəstəxanada dünyasını dəyişməsi ilə bağlı Cavid Hüseynov və daha 6 nəfər həbs olunub.

Cavid Hüseynov barəsində Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

Bizimyol.info

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.