|
|
|
|

"Fənərbaxça" "Bavariya"nın futbolçusu Aryen Robbenlə maraqlandığını təsdiqləyib.
Qol.Az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun nümayəndəsi İlhan Ekşioğlu özünü "Tvitter" hesabından yazıb.
O bildirib ki, hollandiyalı oyunçunun transfer etmək üçün çalışsalar da, Münhen klubu buna razılıq verməyib:
"Aryen Robbenin transferi üçün bütün fədakarlıqları etdik. Ancaq təəssüf ki, "Bavariya" buna razılıq vermədi. Amma mütləq sağ cinah üçün transfer edəcəyik. Ən azı daha bir futbolçu alacağıq".



