https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Barselona"dan biyabırçı məğlubiyyət

"Barselona"dan biyabırçı məğlubiyyət

Bu gün İspaniya superkubokunun ilk oyunu keçirilib.

Qol.Az-ın məlumatına görə, "Barselona" səfərdə "Atletik"in (Bilbao) qonağı olub. 

Bilbaoda keçirilən oyunda sensassiya qeydə alınıb. Belə ki, son La Liqa çempionu, İspaniya kubokunun sahibi, Çempionlar Liqasını və UEFA superkubokunu  qazanan Kataloniya təmsilçisi darmadağın olub. Avropa Liqasının III təsnifat mərhələsində Bakı “İnter”ini mübarizədən kənarlaşdıran “Atletik” “Barselona”nın qapısından dörd cavabsız qol keçirib.

Komandalar arasında cavab matçı avqustun 18-də Barselonada baş tutacaq.

Qeyd edək ki, "Barselona" və "Atletik" son mövsüm İspaniya kubokunun finalında üz-üzə gəlmiş və Kataloniya təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Bununla belə, qaydalara əsasaən, "Barselona" həm də çempion adını qazandığı üçün superkubok oyunu keçirilir.

14 avqust

İspaniya superkuboku, ilk oyun

01:00. "Atletik" (Bilbao) - "Barselona"  - 4:0
Qollar: San Xose, 13, Aduriz, 53, 62, 68

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.