https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin tarixi bəlli oldu

Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin tarixi bəlli oldu

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinə uşaq seçimi prosesinin başlanmasını elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakıda “Bayıl Arena” stadionunda təşkil olunacaq seçim prosesi nəticəsində yeni yaradılan U-9 qrupu və hazırda digər qruplarda mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaqlar.

2007 və 2008-ci il təvəllüdlü uşaqlar üçün seçim prosesi 22 avqust, 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqlar üçün isə 23 avqust 2015-ci il tarixində keçiriləcək.

Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə “Bayıl Arena” stadionunagəlmək lazımdır:

- Şəxsiyyəti təsdiq edən sənəd
- Sağlamlıq haqqında arayış

Seçim prosesi ilə bağlı suallara cavab almaq üçün 0555119078 nömrəsinə zəng etmək və [email protected] ünvanına email yollamaq olar.

Qeyd edək ki,Mançester Yunayted Futbol Məktəbində məşqlər İngiltərədən ezam olunan məşqçi və yerli assistent tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara həftədə ən azı iki dəfə ingilis dili tədris olunur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.