https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Jurnalist döyüləndə Tovuzda olmuşam”

“Jurnalist döyüləndə Tovuzda olmuşam”

Avqustun 14-də "Turan Tovuz”un futbolçusu Akif Tağıyev jurnalist Rasim Əliyevin ölümü ilə bağlı izah verməsi üçün 8-ci bölməyə çağırılıb.

Akif jurnalistin ölümündə günahkar bilinən Camal Məmmədovla telefon danışığına görə bölmədə izahat verdikdən sonra günorta saatlarında sərbəst buraxılıb və bu barədə mətbuatda məlumatlar dərc olunub.

Bundan bir qədər əvvəl isə bəzi saytlarda onun Rasim Əliyevə xəsarət yetirənlərdən biri olması ilə bağlı xəbər yer almışdı. Akiflə məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:

- Avqustun 13-də günortadan sonra 8-ci bölmədən mənimlə əlaqə saxladılar və ora getməli olduğumu bildirdilər. Bölməyə gedəndə iş vaxtı qurtarmışdı, mənimlə görüşməli olan şəxslər orada deyildilər. Ertəsi gün səhər tezdən yenidən bölməyə yollandım.Bir neçə sualı cavablandırdıqdan və izahat yazandan sonra sərbəst buraxıldım. Mətbuatda həbsimlə bağlı gedən məlumatlar doğru deyil. Bu haqda dünən axşam bir neçə saytda da məlumat dərc olunub.
 
- Belə bir xəbər yayılmışdı ki, Rasim Əliyevi döyən şəxslərdən biri də sən olmusan.

- Yalandır. Jurnalist döyüləndə Tovuzda olmuşam. Hadisədən də mətbuat vasitəsi ilə xəbər tutmuşam. Sadəcə, Rasimə xəsarət yetirənlərdən biri olan Camalla hadisədən sonra "Whatsapp” vasitəsilə danışığımız olub. Məhz həmin danışığa görə çağırılmışdım.
 
- Akif, sirr deyilsə, Camalla nə barədə söhbət etmişdiniz?

- Hadisə barədə. İstintaqın gedişinə təsir göstərə biləcəyinə görə başqa heç nə deyə bilmərəm.

- Camal dostundur?

- Yaxın münasibətimiz var. "Xəzər Lənkəran” və "Turan Tovuz”da bir yerdə oynamışıq.Tez-tez əlaqə saxlayırdıq.

- Onun hərəkəti barəsində nə deyə bilərsən?

- Səhv ediblər. Başqa nə deyə bilərəm ki ?

Mənbə: "Het-trik news” qəzeti

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.