https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Premyer Liqamızda yeni tamaşaçı rekordu

Premyer Liqamızda yeni tamaşaçı rekordu

Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” – “Zirə” oyununda (1:1) yeni rekord qeydə alınıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Gəncədəki matçı 12500 tamaşaçı izləyib ki, bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu ilk turun “Xəzər Lənkəran” – “İnter” oyunu (2:0) idi – 7000. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmayıb.

Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınıb. Ötən çempionatda “Xəzər Lənkəran”  - “Sumqayıt” görüşünü 8500, 2013/14-də “Xəzər Lənkəran” – “Neftçi”, 2012/13-də “Xəzər Lənkəran” – “İnter” matçlarının hər ikisini 11000 tamaşaçı seyr edib. “Kəpəz” – “Zirə” oyunu ilə müqayisədə daha çox seyrçi sonuncu dəfə 2011/12 mövsümünün sonlarında qeydə alınıb. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” – “Qarabağ” matçını 13500 tamaşaçı izləyib. Lənkərandakı oyundan sonrakı 1192 günün rekordu Gəncədə reallaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.