|
|
|
|

“Qələbə qazanmaq istəyirdik. Futbolçular bunun üçün çalışdılar. Amma qırmızı vərəqə bizim planlarımızı alt-üst elədi. Bəzi futbolçular bu qırmızı vərəqədən sonra psixoloji cəhətdən sındılar".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının ikinci turunda "İnter"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Məqsədimiz 2-ci hissədə qol buraxmayıb, bərabərlik qolunu vurmaq idi. Rəqib də 10 nəfər qaldıqdan sonra imkanlarımız çoxaldı. Amma qol vura bilmədik” - deyə o bildirib.



